22.06.2022
2020-ci il Qarabağ müharibəsi Ermənistanın cənubunda Sünik vilayətinin Şurnux kəndini ikiyə bölüb.
Ermənistan-Azərbaycan sərhədinin korrektəsi nəticəsində Şurnuxun bir hissəsi Azərbaycanın nəzarəti altına keçib, kəndin həmin aran hissəsində yaşayan 13 ailə isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
El dilində Şurnuxun yeni adı “Bölünmüş kənd” olub. Azərbaycan həbçiləri bura gələndən sonra Şurnux təcrid vəziyyətində qalıb, hətta bu kənddə qohumları yaşayan insanlar da bura gəlməyə qorxurlar. Şurnux sakinləri isə yeni həyata uyğunlaşmağa çalışırlar, onların sözlərinə görə, kəndi tərk etmək niyyətində deyillər.
Sünik vilayətinin Tatev-Qafan yolu ilə Karmrakar kəndinə yaxınlaşdıqca rastımıza çıxan maşınların sayı azalır. Karmrakar nəzarət-buraxılış məntəqəsində Ermənistan hərbçisi pasportlarımızı yoxlayır və hara getdiyimizi soruşur.
Burdan o yana Şurnuxa doğru boş yol başlayır. Bir neçə kilometrlik yolda nə insan, nə maşın gözə dəyir. Ancaq bir neçə yerdə Azərbaycan mövqelərini və bayraqlarını görürük.
Sünik vilayətinin Tatev-Qafan yolu ilə Karmrakar kəndinə yaxınlaşdıqca rastımıza çıxan maşınların sayı azalır. Karmrakar nəzarət-buraxılış məntəqəsində Ermənistan hərbçisi pasportlarımızı yoxlayır və hara getdiyimizi soruşur. Burdan o yana Şurnuxa doğru boş yol başlayır. Bir neçə kilometrlik yolda nə insan, nə maşın gözə dəyir. Ancaq bir neçə yerdə Azərbaycan mövqelərini və bayraqlarını görürük.
Şurnux administrasiyasının rəhbəri bu rəsmi öz kabinetində saxlayır. Rəsmi Qərbi Ermənistan uşaqları ikinci Qarabağ müharibəsində iştirak edən hərbçilər üçün çəkiblər
Nona deyir ki, uşaqlara hər şeyin yaxşı olacağına dair ümid verməyə çalışır.
Onlar isə müəlliməyə evin yanında qazıqları səngəri göstərirlər. Yəqin onlar
fikirləşirlər ki, bununla Şurnuxa kömək edə bilərlər.