Əfsanəvi şəhərə avtobus səyahəti - hekayə və foto
06:30. Avtobus perrondan yola düşür.
- Alo, salam, axşama yaxşı süfrə aç, sizdəyəm. Əəə Şuşaya gedirəm ee. Hə, başın üçün (ürəkdən gülür). Gürcüstanlı iş yoldaşım yoxdumu, onunla gedirik. Dedik biz də görək Şuşanı. Axşam qayıdanda da Əhmədbəylidə düşüb, sizə gələcəm. Süfrən hazır olsun (yenə gülür).
Arxamızda oturan 40-45 yaşlı kişinin sevinclə Füzulinin Əhmədbəyli kəndində yaşayan tanışı ilə telefonda danışdığını anlayıram.
İstər-istəməz digər sərnişinlərin söhbətlərinə qulaq kəsilirəm yol boyu. Bayaqkı ana-qız iki sıra önümüzdə oturub.
-Ay ma (anasına müraciət edir), görəsən, eviniz salamat durur yerində?
-Ev də gözümdə deyil, kaş atamın qəbrini tapa biləydim. Dağıdıblarsa, dözə bilmərəm.
-İnşallah taparıq, narahat olma. Amma mən sənin doğulub-böyüdüyün evi də görmək istəyirəm.
Bəxtiyar Əhmədbəylidə anadan olsa da 12 il Bakıda yaşadığını deyir.
“Təhsilimi bitirib qalmışdım orda, burda iş yox idi çünki. On aydı bura qayıtmışam. Gördüm müharibədən sonra buralar canlanır, gəlib-gedən artıb, hərə bir yandan mağaza, kafe, restoran açır. Mən də gəldim, bu kafeni işlətməyə başladım. Yerli əhalinin vəziyyəti də düzəlir gündən-günə. Bu kafedə müştərilərə təqdim elədiyimiz bütün yeməklərin ərzağını yerli sakinlərdən alıram. Ətindən, toyuğundan, yumurtasından tutmuş yağına-pendirinə, meyvə-tərəvəzinə, çörəyinə qədər”, - Bəxtiyar danışır.
Rusiya sülhməramlılarının postunu keçirik. Bir qədər sonra aşırım bitir, mənzil başına – Şuşaya çatırıq.
Avtobus indi istifadəsiz qalmış keçmiş poçt binasının yanında, 2021-ci ilin oktyabrında açılmış “Qoç ət” restoranının qarşısında dayanır. Hər kəsdən avtobusdan enib bir yerdə toplaşmaq xahiş olunur. Gənc bələdçi qız əvvəlcə aramızdakı şuşalıları müəyyən edir. Bütün yol boyu susan, verilən bütün sualları çaşqın baxışları ilə cavablayan 35-40 yaşlarında qadın nəhayət dillənir:Bülbülün ev muzeyində musiqiçiyə aid heç bir eksponat qalmayıb. İkinci müharibədən sonra yenidən bərpa olunub və əsasən sənətkarın fotolarından ibarət olan yeni ekspozisiya təşkil edilib. Hələ balaca Murtuza Məmmədov olduğu zamanlarda gələcək sənətkarın budaqlarında gəzdiyi tut ağacı isə hələ də salamatdır. Uşaq yaşlarında Murtuza bu tut ağacına çıxıb bülbül və başqa quşların səsini məharətlə təqlid edərmiş, buna görə də sonralar onu Bülbül deyə çağırmağa başlayıblar.
Gəlib çıxırıq Şuşa qalasına. 18-ci əsrə aid qala divarları sapsağlam ucalmaqdadır.
Qala divarları boyunca aşağıya enib həyət evləri olan məhəlləyə giririk. Bələdçi xəbərdarlıq edir ki, evlərin qapısında “yoxlanılıb, mina yoxdur” işarəsi görsəniz də, içəri qətiyyən girmək olmaz, təhlükəli ola bilər çünki.
Ekskursiyamızın son dayanacağına – Cıdır düzünə doğru yol alırıq.
Marşrutumuz sona çatır, yenə “Qoç ət” restoranının qarşısında toplaşıb, avtobusa minirik.
Yenə Əhmədbəylidə eyni kafedə yarım saatlıq ehtiyac fasiləsi və Bakıya yol görünür.
Avtobusda yenə səssizlikdi. Yəqin hər kəs mənim kimi yorğun və qarışıq duyğular içindədi...