Astaraya səyahət

"Çəkinmə, çək" təlimi çərçivəsində hazırlanmış foto hekayə
Bu il oğlumun ad gününü qeyd etmək üçün ailəliklə Astaraya yollandıq.
Аstara rayonunda Ağ körpü adlanan ərazinin yaxınlığında istirahət məkanı var. Burada yemək yeyib, çay içib, dincəlmək və hətta balıq tutmaq olar.

Bura isə Sım kəndidir.

Sım kəndində yaşayan balaca Asiya deyir ki, altı yaşında idi, sonra ad günü oldu və səkkiz yaşına keçdi.

Asiya dayısı uşaqları ilə birlikdə meşədən yığdığı otları - nanə, kəklikotu satır. O deyir ki, bütün tətilləri belə keçirir. Bu kiçik biznesin qazancı isə o qədər də böyük deyil. Hər ailə evinin qabağına bir stol qoyub, stollarda otlardan başqa doşab və bal da var.
Sım kəndində qonaqlar öz maşınlarından düşüb Villislərə minirlər – dağ yolları adi avtomobillik deyil.

Həmin yerdə balaca bir çay var, burada da dincəlib samovar çayı içmək olar.
Gün altında isinən qarpızları yeməzdən əvvəl dağ çayının buz kimi suyunda soyudurlar.

Bura isə Sım şəlaləsidir. Hesab edirəm ki, səyahətimiz çox maraqlı keçdi.

Müəllif
Məryam Əlizadə

Made on
Tilda