Şirniyyatçılıqdan kənd təsərrüfatına qədər. Qadınlar birlikdə olarsa
"Çəkinmə, çək" təlimi çərçivəsində hazırlanmış foto hekayə
Heyran Alışzadə əri və üç oğlu ilə birlikdə Ağdamdın Quzanlı qəsəbəsində yaşayır. Balaca biznesi var - tort bişirib satır, amma bununla Heyran xanımın sahibkarlıq fəaliyyəti bitmir. Başqa qadınlarla birlikdə daha böyük işlər görməyə calışır.
“Getdikcə başa düşdüm ki, qadınlar arasında işsizlik daha çoxdur. Qərara gəldim ki böyük bir qadın qrupu yaradaq və birgə çalışaq. Müraciət edib kənd qadın assosiasiyanın üzvü oldum. “Şahbulaq” qadın qrupu yaratdıq.

Hal-hazırda qrupumuzda 18 qadın var. Onlardan 10 nəfəri şirniyyatçı xanımdır, 2 nəfəri salon işlədir, 4 nəfəri arıçı, 4 nəfəri də dərzidir. Heç bir seximiz və xüsusi avadanlığımız yoxdur, hər şeyi evdə, öz gücümüzlə edirik. Bir-birimizə hər işdə dəstək veririk. İşimizə görə çox razılıq və tərif alırıq.
Bu traktoru bizə USAİD verib
Bu qarpızları özümüz yetişdirmişik. İndi isə onları yığıb Ağdama aparırlar
Hal-hazırda birlikdə kənd təsərrüfatı sahəsində də çalışmağa başlamışıq. İcarəyə 2 hektar torpaq sahəsi götürüb, pambıq əkmişik. Hər işi ozümüz edirik. Pambığımız artıq çiçək açıb. Biz qadınlar evdə oturanda passivləşirik, amma birgə çalışmaq zövq verir”.
Foto
Heyran Alışzadə

Made on
Tilda